Kiprin Azərbaycana birbaşa investisiya qoyuluşu 5% azalıb | Banco.az

Kiprin Azərbaycana birbaşa investisiya qoyuluşu 5% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci rübündə Kiprin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 192 milyon 10 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,7% və ya 9 milyon 512 min dollar azalıb.

Hesabat dövründə Kipr Azərbaycana ən çox investisiya yatıran üçüncü (birinci Birləşmiş Krallıq, ikinci Türkiyə) ölkə olub. 

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında Kiprin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 201 milyon 522 min dollar təşkil edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram