Dünyada ən çox satılan on avtomobilin adı açıqlanıb | Banco.az

Dünyada ən çox satılan on avtomobilin adı açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Focus2Move” avtomobil portalı satış lideri olan avtomobillərin onluğunu dərc edib.

Banco.az xəbər verir ki, dünyada ən çox satılan avtomobillərin reytinqinə Yaponiyanın “Toyota” markası başçılıq edir.

İstehsalçı artıq onuncu ildir ki, dünyada yeni avtomobil satışlarında birinci yeri tutur. 2024-cü ilin may ayına olan məlumata görə, yapon brendi 3,6 milyon avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

İkinci yerdə 1,9 milyon avtomobil satışı ilə “Volkswagen” qərarlaşıb. Brend dünya bazarının 5,8%-ni tutur. “Honda” 1,6 milyon ədəd satışla ilk 3-lüyə daxil olub.

Sonrakı yerləri “Ford” və “Hyundai” (hər biri 1,5 milyon avtomobil), “Nissan” (1,3 milyon), “Chevrolet” (1,3 milyon) və “Kia” (1,2 milyon) tutur.

Ən sərfəli kredit üçün müraciət et

Doqquzuncu yerdə öz avtomobillərinin satışını 24,3% artıraraq 1,1 milyon ədədə çatdıran Çin avtomobil nəhəngi “BYD” qərarlaşıb. Onuncu yeri isə “BMW” tutub. Alman konserninin satışı 944 min avtomobil təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et