“Qarabağda mikrosahibkarlığın inkişafı dövlətin əsas hədəflərindəndir” | Banco.az

“Qarabağda mikrosahibkarlığın inkişafı dövlətin əsas hədəflərindəndir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son illər Azərbaycanda mikro sahibkarlığın inkişafını dəstəkləmək üçün müxtəlif tədbirlər və proqramlar həyata keçirilir. Bu proqramlar çərçivəsində, mikro sahibkarlar üçün maliyyələşmə dəstəyi,  vergi güzəştləri və s addımlar atılıb.  

Mikro sahibkarlığın inkişafında mühüm rolu olan başqa faktor isə Azərbaycanın iqtisadiyyatının diversifikasiyası və regional inkişaf proqramlarıdır.

Davamlı olaraq  bölgələrdəki mikro sahibkarlara dəstək təmin edilməsi və yerli iş imkanlarının yaradılması məqsədilə layihələr həyata keçirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Mövzu barədə Banco.az-a açıqlama verən iqtisadiyyat, maliyyə və biznes üzrə mütəxəssis Orxan Məmmədzadə bildirib ki, hazırda işğaldan azad edilmiş bölgələrimizdə  mikro sahibkarlığın inkişafına dövlət dəstəyinin təmin olunması istiqamətində mühüm addımlar atılır:

“Qarabağda alternativ enerji istifadəsi və inkişafı üçün bölgədə mühüm işlər görülür. Bu alternativ enerji mənbələri, Qarabağ sürətli iqtisadi bərpa və infrastruktur inkişafında əhəmiyyətli rol oynayır. 
Hesab edirəm ki, alternativ enerji istehsalının mənbəyi yaradılarsa, bu kiçik istehsal prosesinin tənzimlənməsinə şərait yaradacaq. Məsələn,  Qarabağda ekoloji təmiz olan batareyalar və yaxud enerji elementlərinin istehsalı zavodu  tikilə bilər. Xüsusən də Qarabağda mobil telefonların doldurulması üçün “power bank”ların istehsalı və idxalı da mümkün ola bilər. Bu istehsal, həm daxili tələbatın ödənilməsinə, həm də mikro sahibkarlığın inkişafına dəstək metodlarından biri sayılır”.

Ən sərfəli krediti almaq üçün müraciət et