Aİ Gürcüstanın müdafiə sektoruna dəstək üçün ayrılan 30 milyon avronu dondurub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Aİ Gürcüstanın müdafiə sektoruna dəstək üçün ayrılan 30 milyon avronu dondurub

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı  (Aİ) "Xarici agentlər haqqında" qanuna görə Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub.

Banco.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

“Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa gəlincə, təəssüflə bildiririk ki, Aİ liderləri həmçinin Avropa Sülh Fondu (EPF) çərçivəsində Gürcüstan Müdafiə Qüvvələrinə dəstək üçün ayrılan pulu dondurmaq qərarına gəliblər. Hazırda Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro pul dondurulub” - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesinə dəstək də dayandırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram