“Microsoft” işçilərinə "Android" smartfonlarından istifadəni qadağan edəcək | Banco.az

“Microsoft” işçilərinə "Android" smartfonlarından istifadəni qadağan edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Microsoft” texnologiya korporasiyası Çindəki əməkdaşlarına "Android" cihazlarından iş məqsədləri üçün istifadə etməyi qadağan edəcək və onlara “iPhone” smartfonları verəcək.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, korporasiyanın çinli işçiləri biznes məqsədləri üçün istənilən "Android" cihazlarından istifadəni dayandırmalı, əvəzində "Microsoft Authenticator" parol menecerləri və "Identity Pass" proqramından istifadə etməlidirlər. Əgər işçilərin "Apple" cihazları yoxdursa, "Microsoft" onları biznes istifadəsi üçün "iPhone 15" smartfonları ilə təmin edəcək.

Qeyd edək ki, şirkətin “Android” cihazlarına qadağası rəsmi olaraq təsdiqlənməyib, lakin artıq qüvvəyə mindiyi bildirilir. Yaxın vaxtlarda korporasiyanın çinli əməkdaşlarından korporativ informasiya sistemlərinə daxil olmaq üçün Apple cihazları vasitəsilə şəxsiyyətlərini təsdiqləmələri tələb olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram