Kərə yağı və duru bitki yağlarının istehsalı artıb | Banco.az

Kərə yağı və duru bitki yağlarının istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-may aylarında ölkədə 11 335,1 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur.  

Banco.az xəbər verir ki, bu ilin 1 iyun tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 44,9 ton olub.

Hesabat dövründə ölkədə 17 959,3 ton duru bitki yağı istehsal edilib. Bu göstəricinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9% artıb. 1 iyun tarixində ölkədə duru bitki yağı ehtiyatı isə 4 670,2 ton olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et