Rusiyanın dost ölkələrə benzin ixracı 70 faiz azalıb | Banco.az

Rusiyanın dost ölkələrə benzin ixracı 70 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın dost ölkələrə benzin daşımaları 70 faiz azalıb.

Banco.az xəbər verir ki, Rusiya Energetika Nazirliyi dost ölkələrə gündəlik benzin daşımalarının ötən ilin iyul ayı ilə müqayisədə 70 faiz azaldığını bildirib.

Rusiya Energetika Nazirliyinin yazılı bəyanatında ölkənin benzin istehsalı və ixracı ilə bağlı məlumatlar yer alıb.

Rusiyada yanacaq təchizatının stabil və nəzarət altında olduğu qeyd edilən bəyanatda istehsalın yüksək tələbat mövsümünü qarşıladığı bildirilib. 

Bəyanatda həmçinin neft emalı zavodlarında təmir işlərinin qrafikə uyğun getdiyi və istehsal hədəflərini pozmadığı, daxili bazara gündəlik benzin tədarükünün ötən illə eyni səviyyədə qaldığı deyilib.

Ən sərfəli kredit üçün müraciət et

Vurğulanıb ki, hökumətin benzin ixracı üçün icazələrini iyulun 31-dək uzatmasına baxmayaraq, dost ölkələrə gündəlik benzin daşınması ötən ilin iyul ayına nisbətən 70 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et