Avrozonada investor inamının bərpası başa çatıb | Banco.az

Avrozonada investor inamının bərpası başa çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada investorların inam indeksi iyul ayında gözləniləndən çox aşağı düşüb.

Banco.az xəbər verir ki, indeksdə ardıcıl 8 ay davam edən yüksəliş də bununla başa çatıb.

Bazar araşdırması aparan və baş ofisi Frankfurtda yerləşən "Sentix" şirkəti 1140 investorun iştirakı ilə həyata keçirilən Avrozonanın iyul ayı üzrə Ümumi İnvestor İnam İndeksi məlumatlarını açıqlayıb.

Məlumatlara görə, iyun ayında 0,3 punkt olan Avrozona Ümumi İnvestor İnam İndeksi bu ay 7,6 bənd azalaraq mənfi 7,3 punkta düşüb.

Beləliklə, indeksdə 2023-cü ilin oktyabr ayından bu yana davam edən bərpa tendensiyası dayanıb.

Proqnozlar indeksin iyul ayında sabit qalacağına işarə edirdi.

Ən sərfəli kredit üçün müraciət et

İnvestorların gələcək 6 ay üçün gözləntilərini ölçən Proqnozlar İndeksi də 10 punktdan 1,5 punkta enərək azalma göstərib.

Cari Vəziyyət İndeksi də mənfi 9 punktdan mənfi 15,8 punkta qədər azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et