"Coca-Cola" Paris Olimpiadası üçün çox maraqlı kampaniya hazırlayıb | Banco.az

"Coca-Cola" Paris Olimpiadası üçün çox maraqlı kampaniya hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Coca-Cola" qucaqlaşmağı təşviq edir.

Banco.az xəbər verir ki, "Coca-Cola" Paris Yay Olimpiya oyunları üçün çəkilmiş reklam filmində "Dünya bir araya gələndə sehr baş verir" mesajı ilə qucaqlaşmağı təşviq edir.

"Coca-Cola" brendi "Dünya bir araya gələndə sehr reallaşır" kampaniyası ilə insanların ürəkdən qucaqlaşmasını "Əsl sehr" adlandırır.

Şirkət inanır ki, qucaqlaşma həm də 2024-cü il Paris Olimpiya və Paralimpiya Oyunlarında inklüzivliyin və mədəniyyətlərarası əlaqənin gücünə inamı çatdırır.

"Ogilvy"nin rəhbərliyi ilə "WPP Open X" tərəfindən hazırlanmış kampaniya Paris 2024 Olimpiadasının tematik mövzusu olaraq "Coca-Cola"nın simvolik qucaqlaşma motivini seçib.

Bu kampaniya ilə "Coca-Cola" idmanın insanları birləşdirmək və onların fərqliliklərini qeyd etmək istiqamətindəki kollektiv gücünü nümayiş etdirməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Coca-Cola"nın reklam kampaniyası qucaqlamağı təşviq etmək üçün Olimpiadada "Qucaqlaşmaq kamerası" da yerləşdirəcək. Sözügedən kamera Parisdə real vaxt rejimində qucaqlaşmaları çəkəcək və bu birlik anlarını sosial kanallar vasitəsilə bütün dünyaya yayımlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram