Müəllif: Gülnar Əhmədli, Banco.az
Birləşmiş Krallıqdan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 8 milyon 282 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,9% (912 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 9 milyon 194 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 3 ayda Birləşmiş Krallıqdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2.8% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!