Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları azalıb | Banco.az

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin ilk 5 ayında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 milyon 956 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9.9% və ya 215 min manat azdır. 

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 111.3 min manat təşkil edib.

Qeyd edək ki, 2023-ci ilin yanvar-may aylarında bu növ üzrə yığımların məbləği 2 milyon 171 min manat, ödənişlərin məbləği isə 103.2 min manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram