Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-may aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 53 milyon 728 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 1,8% çoxdur. Ötən ilin yanvar-may aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 52 milyon 769 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 267 min manat və ya 30,4% artaraq 1 milyon 145 min manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!