Əmlak amnistiyası ölkəyə nə qazandıracaq? | Banco.az

Əmlak amnistiyası ölkəyə nə qazandıracaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Əmlak amnistiyasının tətbiq olunması barədə məsələyə aydınlıq gətirilib.

Bu barədə Banco.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bu vətəndaşlara mülkiyyət hüququ ilə yanaşı dövlət büdcəsinə gəlirlərin gəlməsinə şərait yaradacaq:

“Uzun illərdir, çıxarışı ola bilməyən əmlaklar ipoteka predmetinə çevrilə bilmirdi. Əmlak amnistiyasının tətbiqi nəticəsində vətəndaşın mülkiyyət hüqunun formalaşması ilə bərabər, dövlət büdcəsinədə külli miqdarda gəlirlərin gəlməsinə səbəb olacaq. Nəticədə,  qeyri-neft sektoru da inkişaf edə bilər".

Ekspert onu da qeyd edib ki, qanunvericiliyə əsasən qadağan olunmuş ərazilərdə tikilən fərdi yaşayış evlərinə çıxarış verilməyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram