Kapital Bank böyük marağa səbəb olmuş “Kartlı Bazarlıq”ı növbəti dəfə keçirir. “Kartlı Bazarlıq-4” adlanan yeni kampaniya 15 iyul 2013-cü il tarixindən başlayaraq 3 ay müddətində davam edəcək.
Bu, bir uduş kampaniyasıdır. Məqsəd, müştəriləri alış-veriş zamanı nağdsız ödənişlərə həvəsləndirməkdir. Kampaniya "Premium”, “Grand”, “Bizim market”, şəbəkələrinə daxil olan 13 mağazada təşkil olunacaq.
“Kartlı Bazarlıq-4”-ə qatılmaq istəyən müştərilər bircə şərtə əməl etməlidirlər: alış-veriş zamanı ödənişi Kapital Bankın POS-terminalı vasitəsilə aparmaq. Müştərinin ölkəmizdəki banklardan hansının ödəniş kartına sahib olması fərq etmir. Bütün yerli bankların Visa/MasterCard ödəniş kartları burada keçərlidir.
“Premium”, “Grand”, “Bizim market”in Bakı şəhərindəki istənilən mağazasında bir dəfəyə ən azı 30 manatlıq alış-veriş edən və ödənişi Kapital Bankın həmin mağazalardakı POS-terminalı vasitəsilə aparan hər bir alıcıya “Kartlı bazarlıq-4” lotereya kuponu verilir. 30 manatdan- 50 manata qədər ödəniş edənlər göy, 51 manatdan- 100 manata qədər ödəniş edənlər qızılı, 101 manatdan yuxarı ödəniş edənlər gümüşü rəngli kuponlar alacaqlar.
Müştəri kuponun arxasındakı zolağı pozur, üzərində olan 8 rəqəmli şifrəni, Azercell Telekom tərəfindən verilən qısa 9423 nömrəsinə SMS vasitəsilə göndərir və Kapital Bank onun Azercell SİM SİM abunəçi mobil nömrəsinin hesabına kuponun rənginə uyğun olaraq hədiyyəlik danışıq dəqiqələri yükləyir. Göy kuponlara 10, qızılı kuponlara 20, gümüşü kuponlara 30 dəqiqə şəbəkədaxili hədiyyə ediləcək. Bütün kuponlar uduşludur.
Kampaniya barədə Kapital Bankın www.kapitalbank.az saytından, yaxud 196 nömrəli müştəri xidmətindən əlavə məlumat almaq olar.