Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin iyunun 1-i vəziyyətinə görə, 286,6 min nəfərə bərabər olub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 269,4 min nəfər olub, onlardan 4 982,8 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 749,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 897,0 min nəfər, qeyri-dövlət sektorunda isə 852,7 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 717,9 min nəfər çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!