“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Yelo Bank təşəbbüskar addımlarını davam etdirir.
Bank bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə keçirilən “Eko Dilçilik” mövzusunda Xarici Dil Müəllimlərinin II Beynəlxalq Forumuna dəstək olub. Forum ekoloji problemlərlə mübarizə aparılan dünyada yaşıl təşəbbüslərin irəliləyişində dilin əsas rolunu araşdırmağa yönəlib. Bakı Konqres Mərkəzində təşkil olunan beynəlxalq forumun açılışında UNEC rektoru professor Ədalət Muradov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld iştirak ediblər. Forum daha sonra mövzu ilə əlaqədar maraqlı çıxışlar və UNEC-in Xarici Dillər Departamentinin direktoru, dos. Aysel Xəlilovanın moderatorluğu altında panel müzakirə ilə davam edib. 400-dən çox iştirakçının qatıldığı forumun ikinci hissəsində dilçilik və ətraf mühitin öyrənilməsi sahələri ilə bağlı təqdimatlar olub.
Qeyd edək ki, Yelo Bank ötən il keçirilmiş Xarici Dil Müəllimlərinin I Beynəlxalq Forumuna dəstək olmuşdu. Ötən il forumun mövzusu "Xarici dilin öyrənilməsində İnnovativ Strategiyalar" idi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu. Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq fəal təhsil dəstəkçisidir. Bank, təhsilimizin parlaq gələcəyinə yönəlmiş təşəbbüslərini və universitetlərlə aktiv əməkdaşlığını davam etdirəcək.
İpoteka krediti ilə (https://www.yelo.az/az/individuals/loans/ipoteka-krediti/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!