“FINCA Azerbaijan” Siyəzəndə Yeni Ofis Açdı | Banco.az

“FINCA Azerbaijan” Siyəzəndə Yeni Ofis Açdı

“FINCA Azerbaijan” müştərilərə yaxın, daha rahat və surətli xidmətlər göstərmək məqsədilə yeni, müasir, geniş və PayPoint ödəmə terminalı ilə təchiz olunmuş Siyəzən sub-ofisini müştərilərin ixtiyarına verdi. Heydər Əliyev küçəsində yerləşən yeni ofisin açılış mərasimində “FINCA Azerbaijan”ın rəhbər şəxsləri, yerli İcra Hakimiyyəti orqanın nümayəndələri, digər maliyyə təşkilatların mütəxəssisləri və müştərilər iştirak etdilər. Qonaqlar sub-ofisin fəaliyyətində stabilliyi, yüksək xidmət standartlarını və dinamik inkişafı qeyd edərək filiala çevrilməsini arzu etdilər.

Siyəzən ofisi 10 nəfər işçi heyəti ilə Siyəzən və Xızı rayonlarda yaşayan kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərir. Şəxsi bizneslərini inkişaf etdirmək üçün kreditə ehtiyacı olan sahibkarlar Siyəzən ofisinə müraciət edərək 100,000 ABŞ dollarınadək FINCA-nın müxtəlif kredit məhsullarını əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Siyəzən şəhəri, H. Əliyev küç. ünvanında yerləşən sub-ofis müştərilərə həftənin 5 günü, saat 09:00-dan – 18:00-dək (13:00 - 14:00 nahar fasiləsi) xidmət göstərir.

Əlavə məlumat üçün *2525 Məlumat Mərkəzinə müraciət etmək olar.

15 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən “FINCA Azerbaijan” QBKT yarandığı tarixdən bu günədək müştərilərinə 650 milyondan artı ABŞ dolları məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 140,000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. “FINCA Azerbaijan”ın ümumi kredit portfeli 153 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə “FINCA Azerbaijan” təkcə ən böyük mikro-maliyyə təşkilatı deyil, həmçinin, ölkənin ən böyük bankları arasında yer alır.