BƏƏ-nin Azərbaycana birbaşa investisiya qoyuluşu 3 dəfədən çox artıb | Banco.az

BƏƏ-nin Azərbaycana birbaşa investisiya qoyuluşu 3 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci rübündə BƏƏ-nin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 190 milyon 686 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3.5 dəfə və ya 136 milyon 343 min dollar artıb.

Hesabat dövründə BƏƏ Azərbaycana ən çox investisiya yatıran dördüncü ölkə olub. 

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında BƏƏ-nin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 54 milyon 343 min dollar təşkil edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram