Azərbaycan və İtaliyanın ticarət dövriyyəsi azalıb | Banco.az

Azərbaycan və İtaliyanın ticarət dövriyyəsi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan və İtaliya arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 4 milyard 409 milyon 619 min dollar dəyərində olub.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 3,2 milyard dollar və ya 42% azdır.

Hesabat dövründə Azərbaycandan İtaliyaya 4,2 milyard dollarlıq mal ixrac edilib, bu ölkədən idxal isə 180,7 milyon dollar dəyərində olub.

Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub.

Qeyd edək ki, İtaliya həmçinin Azərbaycanın ən böyük neft idxalçısıdır. Belə ki, cari ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 2,5 milyard dollar dəyərində neft satıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et