Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyada enerji xərclərinə görə inflyasiyanın artım tempi sürətlənib.
Banco.az xəbər verir ki, bu vəziyyət yaxın aylarda Yaponiya Mərkəzi Bankının faiz dərəcələrini artırmağı düşünə biləcəyi fikrini dəstəkləyir.
Yaponiya Statistika Bürosunun (e-Stat) verdiyi açıqlamaya görə, may ayında təzə qida istisna olmaqla istehlak qiymətləri bir il əvvələ nəzərən 2,5 faiz artıb. Apreldə bu göstərici 2,2 faiz idi.
Qeyd edək ki, elektrik enerjisi qiymətlərindəki 14,7 faizlik artım inflyasiyaya təsir göstərən əsas amil olub.
Təzə ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiya isə may ayında 2,1 faiz artıb. Əvvəlki ayda artım 2,4 faiz səviyyəsində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!