Müəllif:Ayşən İmanova/anco.az
Almaniya “KNDS” silah şirkətindən 2,93 milyard avro dəyərində 105 “Leopard-2A8” tankı sifariş etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Məlumata görə, layihənin parlamentin təsdiqinə ehtiyacı var. Müraciət təsdiqlənsə, tankların 2030-cu ilə qədər Almaniya ordusuna təhvil verilməsi gözlənilir.
Bildirilib ki, sifariş olunan texnikanın bir hissəsi NATO-nun Litvada yaradılan alman döyüş briqadasına göndəriləcək. Qalan tanklar Bundesverin modernləşdirilməsi çərçivəsində Almaniyada yerləşdiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!