Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 505,6 mln. manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1,4% azdır.
Qeyd edək ki, ötən 5 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!