Taleh Kazımov: Azərbaycan sığorta bazarının inkişaf potensialı yüksəkdir | Banco.az

Taleh Kazımov: Azərbaycan sığorta bazarının inkişaf potensialı yüksəkdir

Azərbaycan sığorta bazarı böyüməsinə baxmayaraq inkişaf potensialı yüksəkdir.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda deyib.

    O bildirib ki, Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub və burada maliyyə, o cümlədən sığorta sektorunun rolu böyükdür.

    “Son 3 ildə sığorta sektorunun aktivləri 34,2 %, balans kapitalı isə 7,7 % artıb. Bu müdətdə ölkədə sığorta haqları 67,8 % artaraq 1,22 milyard manata, sığorta ödənişləri isə 26,3 % artaraq 587 milyon manata çatıb" - Taleh Kazımov əlavə edib.

    apa

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et