Azərbaycanda elektromobillərə maraq artır | Banco.az

Azərbaycanda elektromobillərə maraq artır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 1 250 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, yanvar-may aylarında ölkənin elektromobil idxalının dəyəri 53 milyon 500 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 438 ədəd, dəyər ifadəsində isə 19 milyon 117 min dollar və ya 55,6% artıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 812, dəyəri isə 34,4 milyon dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram