Londonun ICE Futures birjasında Brent neftinin avqust fyuçerslərinin dəyəri bir barel üçün 85,37 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 4 sent çoxdur. Çərşənbə axşamı günü bu müqavilələr 1,08 dollar (1,3%) artaraq 85,33 dollar/barel olub.
Banco.az xəbər verir ki,Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI neftinin fyuçersləri qiymətdə dəyişməyib. Bir gün əvvəl fyuçerslər 1,24 dollar (1,5%) bahalaşaraq 81,57 dollar/barel olub.
Bizi sosial şəbəkələrdən izləyin!!