Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları bu ilin may ayında Türkiyədə 65 mənzil alıblar. Bu dövrdə azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə mayda xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,8% azalaraq 2 min 64 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 437 ev (1-ci) alıb. İran vətəndaşlarını 207 mənzil (2-ci), Ukrayna vətəndaşları isə 171 mənzil (3-cü) alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!