Bank of Azerbaijan 2013 – cü ilin 6 ayına olan maliyyə göstəricilərini açıqlayıb. | Banco.az

Bank of Azerbaijan 2013 – cü ilin 6 ayına olan maliyyə göstəricilərini açıqlayıb.

“Bank of Azerbaijan" ASC bu ilin yanvar-iyun aylarında vergi ödənilənə qədər 8.54 milyon manat mənfəət əldə edib. Bankın gəlirləri 22.5 milyon manat, xərcləri 13.96 milyon manat olub. Onlar ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq 88.5 faiz və 34.8 faiz artıb. 

İlin əvvəlindən aktivlər 32 faiz artaraq 347.36 milyon manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kreditin həcmi 38.9 faiz artıb və 299.34 milyon manat təşkil edib. Fiziki və hüquqi şəxslərdən cəlb edilən depozit portfeli (müddətli və tələbli) 17.83 faiz artaraq 181.05 milyon manata çatıb, o cümlədən tələb olunanadək depozitlər 23.78 faiz artaraq 74.76 milyon manat təşkil edib. 

Hal - hazırda “Bank of Azerbaijan” ASC - nin  xidmət şəbəkəsi Baş ofis, 16 filial və 3 şöbədən ibarətdir. 2013 - cü ilin iyuna bankın ödənilmiş nizamnamə kapitalı isə 50  milyon manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et