Ramazan ayında insanların nağd pula ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” Bolkart istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir. 9-11 iyul 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, sentyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir.
Hazırda 120.000-nə yaxın Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir və bu kredit kartı ilə Azərbaycanın 1000-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Yeni verilməyə başlanılan MasterCard loqolu Bolkart-dan isə xarici ölkələrdəki MasterCard loqosu olan ticarət mərkəzlərində, həmçinin internetdə alış-veriş üçün istifadə etmək olar.
Bolkart barədə ətraflı: www.facebook.com/bolkart