Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyada müflisləşən şirkətlərin sayı artır.
Banco.az xəbər verir ki, kredit araşdırma şirkəti “Tokio Shoko Research” aylıq olaraq iflas xəbəri verən korporativ şirkətlərin son vəziyyətini araşdırıb.
Araşdırma göstərir ki, Yaponiyada may ayında iflas edən korporativ şirkətlərin sayı əvvəlki ilə görə 42,9 faiz artaraq 1009 ədədə çatıb.
Qeyd edilib ki, Yaponiyada ötən 11 ildə aylıq müflisləşən korporativ şirkətlərin sayı ilk dəfə olaraq 1000-i keçib.
İncələnilən 10 sektor arasında ən çox iflas 327 şirkətlə xidmət sektorunda baş verib. İkinci yerdə 193 şirkətlə tikinti sektoru qərarlaşıb.
Bildirilib ki, iflas etmiş şirkətlərin təxminən dörddə üçünün 100 milyon yendən (637 min dollar) az borcları var.
Araşdırmada iflasların sayının artmasının gözlənildiyi qeyd edilib və vurğulanıb ki, bəzi şirkətlər mənfəət elan etmələrinə baxmayaraq, bizneslərinin bərpasında gecikmələr səbəbindən maliyyələşmədə çətinliklərlə üzləşəcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!