Bu ölkədə 600 kiloqram çəkisi olan elektromobil satışa çıxarılacaq | Banco.az

Bu ölkədə 600 kiloqram çəkisi olan elektromobil satışa çıxarılacaq

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçrənin istehsalı olan “Microlino” elektromobili bu ayın sonunda İsveç bazarında satışa çıxarılacaq. 

Banco.az xəbər verir ki, uzunluğu 2,5 metr, eni isə 1,5 metr olan “Microlino” elektromobilinin çəkisi 600 kiloqramdır və onun maksimal sürəti saatda 90 kilometrlə məhdudlaşdırılıb.

Bu nəqliyyat vasitəsini avtomobil adlandırmaq da çətindir, o, daha çox “B” kateqoriyasına aid olan sürücülük vəsiqəsi ilə idarə ediləcək dördtəkərli motosikletdir.

“Microlino” elektromobilinin batareya ehtiyatı 228 kilometrlik məsafəyə nəzərdə tutulub və standart rozetka ilə 4 saat ərzində şarj olunur. Kompakt formasına baxmayaraq, onun içərisində iki nəfər otura və iki çanta qoyula bilər. 

Qeyd edək ki, elektromobilin start qiyməti 25 600 avrodur.