Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay Çinin valyuta ehtiyatları 3,2 trilyon dolları ötüb.
Banco.az xəbər verir ki, Çin Dövlət Valyuta Klirinq İdarəsindən verilən açıqlamada valyuta ehtiyatlarının may ayının sonunda əvvəlki ayla müqayisədə 0,98 faiz artdığı bildirilib.
Açıqlamada apreldə 3,2 trilyon dollar olan valyuta ehtiyatlarının may ayında 3 trilyon 232 milyard dollara yüksəldiyi qeyd edilib. Sözügedən artımın svop əməliyyatları və aktivlərin qiymətlərindəki dəyişikliklərin birgə təsiri ilə bağlı olduğu vurğulanıb.
Açıqlamada həmçinin may ayında ABŞ dolları indeksinin gerilədiyi, qlobal maliyyə aktivlərinin qiymətlərinin artdığı qeyd edilib. Bunun əsas səbəbi kimi isə dünyanın aparıcı iqtisadiyyatlarının monetar siyasətləri üzrə proqnozlar və makroiqtisadi məlumatlar göstərilib.
Bizi sosial şəbəkələrdən izləyin!!