Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2024-cü ilin yanvar-aprel aylarında 4 milyard 364 milyon 589 min ABŞ dolları dəyərində 6 milyon 928 min ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6%, neftin həcmi isə 25% azalıb.
Hesabat dövründə Azərbaycanın əsas neft idxalçıları İtaliya (2,4 milyon ton), İsrail (1 milyon ton), Hindistan (802,5 min ton), Almaniya (440,7 min ton) və Çexiya (424,7 min ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!