Çinin ixracatı sürətlə artıb | Banco.az

Çinin ixracatı sürətlə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin may ayında ixracatı gözləniləndən daha sürətli artıb.

Banco.az xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, may ayında ixrac əvvəlki illə müqayisədə 7,6 faiz artıb.

Aprel ayında illik artım 1,5 faiz idi.

İqtisadçılar may ayında ixracın 4,8-6,0 faiz aralığında artım göstərəcəyini gözləyirdilər.

Lakin bu dövrdə idxal 1,8 faiz artaraq iqtisadçıların 4,2 faiz artım proqnozundan  geri qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Aprel ayında Çinin idxalı 8,4 faiz artmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram