Müəllif: Gülnar Əhmədli, Banco.az
Bir neçə il əvvəl o qədər də popular olmayan elektrik avtomobilləri bu gün olduqca geniş yayılıb. Çünki ətraf mühitə həssaslıq istehlakçıların ona üstünlük verməsi üçün kifayət edən səbəblərdəndir. Bu səbəblə də şirkətlər elektrikli nəqliyyat vasitələrinə daha çox əhəmiyyət verməyə başlayıblar. Bu, dünyanın ən dəyərli avtomobil istehsalçılarının reytinqinə də təsir edir.
"CompaniesMarketCap" tərəfindən paylaşılan məlumatlara görə, "Tesla" hazırda 558.1 milyard dollarla ən yüksək bazar dəyərinə malik şirkətdir. Siyahıda xüsusi diqqətçəkən avtomobil şirkəti Çinin "BYD" şirkətidir. Belə ki, o, əvvəlki siyahımızda ən dəyərli 10 şirkət sırasında 9-cu idi. Hazırda isə "BYD" 3-cü pilləyə yüksəlib (6 iyun 2024 tarixinə).
1. Tesla (ABŞ): 558.1 milyard dollar
2. Toyota (Yaponiya): 280.6 milyard dollar
3. BYD (Çin): 91.5 milyard dollar
4. Mercedes-Benz (Almaniya): 76.5 milyard dollar
5. Ferrari (İtaliya): 75.97 milyard dollar
6. Porsche (Almaniya): 75.2 milyard dollar
7. Volkswagen (Almaniya): 66.96 milyard dollar
8. Stellantis (Niderland): 66.2 milyard dollar
9. BMW (Almaniya): 62.9 milyard dollar
10. Xiaomi (Çin): 56.7 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!