Müəllif:Ayşən İmanova/Banco.az
Çip istehsalçısı “Nvidia”nın kapitallaşması tarixdə ilk dəfə olaraq 3 trilyon dolları keçərək “Apple”ı geridə qoydu.
Banco.az xəbər verir ki, “Nvidia” indi dünyanın ən dəyərli şirkətləri siyahısında “Microsoft”dan sonra ikinci yerdədir.
Çərşənbə günü “Nasdaq” birjasında ticarətdən sonra “Nvidia”nın səhmləri 5,16% artaraq 1224,4 dollara çatıb ki, bu da çip istehsalçısının bazar dəyərini 3,012 trilyon dollara çatdırıb. “Apple” səhmləri isə 0,78% artaraq 195,87 dollara yüksəlib və kapitallaşması 3,003 trilyon dollar təşkil edib.
Hazırda dünyanın ən dəyərli şirkəti “Microsoft”dur, onun bazar dəyəri 3,151 trilyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!