Dünyada ən çox istifadə olunan brauzerlərin adı açıqlanıb | Banco.az

Dünyada ən çox istifadə olunan brauzerlərin adı açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

“StatCounter” tədqiqat şirkəti internet brauzerlərinin istifadə populyarlığı üzrə araşdırma aparıb. 

Banco.az xəbər verir ki, dünyanın istənilən yerində və platformasında ən çox seçilən internet brauzeri “Google Chrome” olaraq qalır. Hesabata əsasən, internet istifadəçilərinin 65,12 %-i “Google Chrome” brauzerindən yararlanır.

Keçən ilin may ayı ilə müqayisədə payını təxminən 4,7% artıran “Google Chrome”, mobil versiyada da üstünlüyünü davam etdirir. Onun ən yaxın rəqibi olan “Safari”nin bazar payı 2023-cü illə müqayisədə təxminən 4% azalıb.

“Safari” 2024-cü ildə dünyanın ən populyar brauzerləri reytinqində 2-ci yeri tutub, bu brauzerin payı 18% təşkil edir. 

Üçüncü yerdə beynəlxalq brauzer bazarının 5%-dən çoxunu tutan “Edge” brauzeri qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, “Google Chrome”, “Safari” və “Edge”dən sonra dünyanın ən yaxşı brauzerləri siyahısında “Firefox” (2,88%), “Samsung Internet” (2,6%) və “Opera” (2,5%) yer alır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et