Argentina Prezidenti süni intellektin köməyi ilə islahatlar aparacaq | Banco.az

Argentina Prezidenti süni intellektin köməyi ilə islahatlar aparacaq

Müəlif:Ayşən İmanova/Banco.az

Argentina Prezidenti Xavyer Miley dövlət idarəçiliyində islahatlar aparmaq üçün süni intellektdən istifadə etmək istədiyini bildirib.

Banco.az xəbər verir ki, bunu ölkə başçısı jurnalistlərə açıqlamasında deyib.

“Biz “Google”dan olan insanlarla danışdıq, onların hökumət islahatları üçün modulu var, lakin biz buna süni intellektin köməyi ilə keçəcəyik”, - deyə Miley qeyd edib.

Məlumata görə, ötən həftə Argentina Prezidenti “Google”, “Apple”, “Meta” və “OpenAI” şirkətlərinin rəhbərliyi ilə görüşmək üçün ABŞ-yə səfər edib. O, həmçinin süni intellekt sahəsində çalışan 30 şirkətin nümayəndələri ilə investisiyaları müzakirə edib.

Ötən il dekabrın 10-da prezident kimi fəaliyyətə başlayan Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok tədbirlərinin görülməsinin vacibliyini bəyan edib.

Siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsini və onun dollarlaşmasını, inflyasiyanın qarşısını almaq üçün Argentina Mərkəzi Bankının ləğvini və bütün dövlət şirkətlərinin özəlləşdirilməsini önə çəkir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram