Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Yeni işçinin şirkətdə öz bacarıqlarını nümayiş etdirə bilməsi üçün rəhbər tərəfindən şərait yaradılmalıdır”.
Bunu Banco.az-a açıqlamasında Azərbaycanda bir çox tanınmış şirkətlərlə çalışan tanınmış təlimçi ekspert Ahmet Kandemir deyib.
Ekspert vurğulayıb ki, yeni işçi potensialını nümayiş etdirməyə tələsməməlidir:
“Bəzi rəhbərlər strategiyaları çərçivəsində işçinin çalışmasını istəyirlər. Elələri də var ki, işçinin təcrübəsini, potensialını nümayiş etdirmək üçün ona hər imkanı, şəraiti yaradırlar. Yeni işçinin ilk günlərdə şirkətdə xüsusi qabiliyyətlərini sərgiləməsinə ehtiyac yoxdur. İşçi öncə şirkəti tanıyıb, işçilərlə tanış olmalı, daha sonra şirkətin daxili iş görmə mədəniyyəti, prinsiplərini bilməlidir. İşçi rəhbərini tanıdıqdan sonra necə bir iş strategiyası izləyəcəyinə qərar verməlidir”.
Ahmed Kandemir qeyd edib ki, işçinin təcrübəsinin şirkətə inteqrasiya olması üçün müəyyən zaman lazımdır:
“Yeni işçi pozitiv olub, kollektivlə münasibətlərində diqqətli davranmağı bacarmalıdır. İşçilərlə dost münasibəti qurmağa çalışmamalı, xüsusilə də sosial şəbəkələr vasitəsi ilə işdən əlavə vaxt keçirməkdən uzaq durmalıdır. Yalnız müəyyən müddət keçdikdən sonra işçi bacarıq və təkliflərini işin xeyri naminə nümayiş etdirə bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!