Bu ölkədə robot taksilər işə salınacaq | Banco.az

Bu ölkədə robot taksilər işə salınacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Son üç ildə Çin robotlaşdırılmış taksiləri işə salmaq üçün əhəmiyyətli səylər göstərib və onların nəticəsində bu ay Pekində robotlaşdırılmış taksilər işə salınacaq.

Banco.az xəbər verir ki, robot taksi rəsmi olaraq qarşıdakı 14 gün ərzində əhaliyə xidmət göstərməyə başlayacaq. 

“Pony.ai”ın vitse-prezidenti və Pekindəki Araşdırmalar və İşləmələr Mərkəzinin rəhbəri Nin Can bildirib ki, onlar yalnız hökumətin xüsusi razılığını gözləyirlər. Bu ilin sonuna qədər 50 robot taksinin kontroller olmadan işə başlaması gözlənilir.

Qeyd edək ki, robot taksi dünyanın digər ölkələrində də tətbiq edilməkdədir. Xüsusilə, İlon Maskın “Tesla” şirkəti bu yaxınlarda elan edib ki, cari il avqustun 8-də özünün robot taksisini təqdim edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram