Müəllif:Ayşən İmanova/Banco.az
Qazaxıstan hakimiyyəti və Çinin “China Nonferrous Metal Mining” şirkəti respublikada ilkin dəyəri 1,5 milyard dollar dəyərində olan misəritmə zavodunun tikintisinə dair saziş imzalayıb.
Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zavodun tikintisi nəticəsində dünyanın ən böyük mis mədənlərindən birini və müasir misəritmə istehsalını birləşdirən klaster yaradılacaq. İlkin dəyəri 1,5 milyard dollar olan layihə 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək. Zavodun 2028-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Zavod ölkənin şərqində Abay rayonunun Aktoqay kəndi yaxınlığında tikiləcək.
Bildirilib ki, müəssisə mis tərkibli xammal və mis katodların emalı üzrə daxili bazar tələbatını ödəyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!