Bu ölkə Ukraynaya yardımdan imtina etdi | Banco.az

Bu ölkə Ukraynaya yardımdan imtina etdi

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçrə Senatı Ukraynaya 5,6 milyard dollar və ordunun ehtiyacları üçün 11,1 milyard dollar məbləğində əlavə təcili yardımı rədd edib.

Banco.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, orduya və Ukraynaya xərclər nəzərdə tutulduğu üçün hökumət və Senat buna qarşı çıxıb. 28 deputat qərarın əleyhinə, 15 nəfər isə lehinə səs verib.

“Deputatlar paketin İsveçrənin “borc əyləci” adlanan müddəasının pozduğunu iddia etdilər və onu rədd etdilər”, – açıqlamada deyilir.

Xatırladaq ki, aprel ayında İsveçrə hökuməti 2036-cı ilə qədər Ukraynanın yenidən qurulmasına dəstək üçün 5,5 milyard dollar ayırmaq istədiyini, 2028-ci ilə qədər isə 1,66 milyard dolların ayrılacağını bəyan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et