Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Büdcə sənədi ilə tanışlıq bir daha təsdiq edir ki, Dövlət Neft Fondunun transferləri istisna olmaqla digər istiqamətlərdə dövlət büdcəsinə daxilolmalarda həm icra, həm ilkin proqnoz, eləcə də dürüstləşmiş proqnoz arasında kəskin fərq var”
Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, proqnozların icra ilə uzlaşması vacibdir:
“Ümumiyyətlə büdcə ilə bağlı proqnozlara əməl edilməsi vacib istiqamətlərdən biridir. Büdcə sənədində praktiki olaraq fərqin olması proqnozlaşdırma metodologiyasına baxılması və təkmilləşdirilməsinə ehtiyac olduğuna dəlalət edir”.
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin fikrincə, Azərbaycanda iqtisadi artımla bağlı proqnozlaşdırmanın metodologiyasına yenidən baxılmalıdır:
“Əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq”.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda 2,8 faiz, Dünya Bankı 2,3 faiz, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2,5 faiz, Asiya İnkişaf Bankı (ADB) 1,2 faiz, BMT 2,6 faiz iqtisadi artım proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!