İnflyasiya azalıb: Bəs qiymətlər niyə yuxarıdır? - TƏHLİL | Banco.az

İnflyasiya azalıb: Bəs qiymətlər niyə yuxarıdır? - TƏHLİL

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 %, qeyri-qida məhsulları üzrə 100,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102 % olub.

 Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 % təşkil edib.

Bir çox ekspertlərin qənaətinə görə,  idxaldan asılı vəziyyətdə olduğumuzdan bizdə hər şey daha çox məhz xarici təsirlərdən qaynaqlanır.

Mövzu barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki,  inflyasiyanın azalması qiymət artımının sürətinin aşağı düşməsi olsa da, bu hələ bahalaşmanın dayanması demək deyil:

“Mərkəzi Bankın 2024-cü ilin may ayına olan bəyanatına əsasən, inflyasiyanın 3.5 faiz olacağı gözlənilir. Amma 2023-cü ilin dekabrında AMB inflyasiyanın 5.5 faiz olacağını gözləntisində idi. Hazırda inflyasiya aşağı olsa da, qiymətlərin ucuzlaşmasından söhbət getmir.

Ümumdünya Ərzaq Təşkilatının elan etdiyi statistikaya görə, aprelin sonuna ərzaq qiymətləri indeksi ötən ilin aprelin sonuna olan qiymətlərdən yeddi tam onda yeddi faiz daha aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

12 ay ərzində manatın real effektiv məzənnəsi 1.4 faiz qalxıb. Ötən il nominal effektiv məzənnəsi 19.3 faiz qalxmışdı. 2024-cü ildə 3 faizdən çox nominal effektiv məzənnə qeydə alınıb.

Yəni manat ticari tərəfdaşları ilə münasibətdə güclü olaraq qalmaqdadır. Bu faktlar  da inflyasiyanı aşağı dartır”.

Xalid Kərimli bir çox ərzaq məhsullarında müşahidə edilən qiymət artımlarına münasibət bildirərək qeyd edib ki, inflyasiyanın azalması dedikdə Nazirlər Kabinetinin vətəndaşın normativ istehlakına uyğun şəkildə müəyyənləşdirilmiş istehlak səbəti nəzərdə tutulur:

“Bu səbətə 500 yüzdən çox  ərzaq, qeyri-ərzaq və xidmətlərdən ibarət məhsullar daxildir. Hansısa bir məhsul arta bilər və yaxud da azala bilər. Elan edilmiş statistikalar məhz həmin o istehlak səbətinə daxil olan 500 adda məhsulun qiymətinin dəyişməsi əsasında hesablanır. Bu baxımdan inflyasiya aşağı düşüb, inflyasiya zəifdir deyəndə biz bütün orta qiymət səviyyəsi haqqında danışmış oluruq, konkret məhsullardan danışmırıq. İkincisi, inflyasiyanın aşağı düşməsi qiymətlərin artım sürətinin aşağı düşməsi deməkdir, qiymətin azalması yox. Qiymətin azalması deflyasiya prosesidir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et