Müəllif: Gülnar Əhmədli, Banco.az
1 iyun tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 713 milyon ABŞ dolları təşkil edib.
Banco.az Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları son 1 ayda 0,5% artım göstərib.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları illik müqayisədə isə 2 milyard 538 milyon ABŞ dolları və ya 27,7% artıb.
Ötən ilin eyni dövründə bu göstərici 9 milyard 175 milyon dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!