Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2024-cü ilin yanvar-aprel aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 168 milyon 488 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 69 milyon 420 min dollar və ya 29,2% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,08%-ni təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Azərbaycan 237 milyon 908 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!