Müəllif:Ayşən İmanova/Banco.az
"Tesla" təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq sisteminin nasazlığına görə ABŞ-də 125 227 avtomobili geri çağırır.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, geri çağırılma “Model S” (2012-2024), “Model X” (2015-2024), “Model 3” (2017-2023) və “Model Y” (2020-2023) elektrik avtomobillərinə şamil edilir.
Qeyd olunub ki, 125 227 avtomobil xəbərdarlıq işıqlarının və səs siqnallarının nasazlığı səbəbindən təhlükəsizlik tələblərinə əməl etmir. Problemi həll etmək üçün iyun ayında proqram yeniləməsi təqdim ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!