Azərbaycanın «Unibank» ASC-də fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 300 mln. manata çatıb ki, bu da tarixi maksimumdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, son bir il ərzində «Unibank»a fiziki şəxslər tərəfindən qoyulan əmanətlərin həcmində 54%-dən çox artıb.
«Unibank»ın icraçı direktorunun birinci müavini Xalid Əhədov bildirib ki, bank öz resurs bazasının formalaşdırılmasına çox tarazlı yanaşır. Onun fikrincə, fiziki şəxslərin öz vəsaitlərini «Unibank»a etibar etməsinin, bu tendensiyanın getdikcə daha da artmasının əsas səbəbləri Bankın son 12-15 ayda pərakəndə bazarda fəallığının yüksəlməsi, müştərilərin etibarının artması, aydan-aya yaxşılaşan maliyyə göstəriciləri və ən əsası təsisçilərinin yüksək nüfuzudur.
«Unibank»a əmanət qoymaq artıq daha cəlbedici olub. Belə ki, «Unibank»a əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereya müddətində, avqustun 31-dək bankda depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq», - deyə məlumatda bildirilir.
Lotereyada ən azı 12 aylıq müddətə 100
«Unibank»da depozitlər maksimal 15,7%-lə və ən çoxu 36 aylıq müddətədir.
Qeyd edək ki, 12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlər ayda bir dəfə götürüləcəyi halda 12%, faizlər rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq 12,1% və 12,2% hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə 12,5% illik gəlirlik hesablanacaq.