Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada illik inflyasiya proqnozları üstələyib.
Banco.az xəbər verir ki, Avrozonada inflyasiya gözləniləndən çox artıb ki, bu da Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələri ilə bağlı proqnozları daha da bulandırıb.
Avropa Statistika Komitəsinin (Avrostat) məlumatlarına görə, Avrozonada istehlak qiymətləri indeksi (CPI) may ayında aylıq 0,2 faiz artıb.
Region ölkələrində istehlak qiymətləri may ayında əvvəlki ilə görə isə 2,6 faiz artıb.
“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozları 2,5 faiz artım istiqamətində idi.
Avrozonada baza CPI may ayında illik 2,9 faiz artıb ki, proqnozlar 2,7 faiz idi.
Qeyd edək ki, Aİ ilə uyğunlaşdırılmış məlumatlara görə, inflyasiya sözügedən dövrdə Belçikada 4,9 faiz, Xorvatiyada 4,3 faiz, Portuqaliyada 3,9 faiz, İspaniyada 3,8 faiz, Almaniyada 2,8 faiz, Fransada 2,7 faiz və İtaliyada 0,8 faiz hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!