Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, PricewaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və Beynəlxalq Maliyyə Hesabat Standartlarına (MHBS) cavab verən 2023-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Göstəricilər ilə tanış olmaq üçün linkə keçid edin: https://www.accessbank.az/upload/iblock/eee/x29v9iddcps01uf3eub75osxkbzpmt8v/AccessBank%20FS%20FY2023_AZE_Final.pdf
AccessBankın 2023-cü ilin nəticələrinə əsasən xalis mənfəəti 43.0 milyon manat təşkil edib. Bu nəticə ötən ilin eyni göstəricisi ilə müqayisədə 2.1 dəfə çoxdur. Bununla da ROE göstəricisi 34.1%-ə yüksəlib.
Hesabata əsasən, 31 dekabr 2023-cü il tarixinə bankın aktivləri 1398.6 milyon manat təşkil edib ki, onun da 70.8%-ni kredit portfelidir.Bankın kredit portfeli il ərzində 25.2% artaraq 990.3 milyon manata çatıb. Kredit portfelinin artımı xüsusən mikro sahibkarların kreditləşməsi hesabına olub və bank bu istiqamətdə ümumi bazar payının 25%-nə sahib olmaqla lider mövqeyini qoruyur.
Bankın depozit portfeli 22.1% artaraq 1 078.9 milyon manata çatıb. Eyni zamanda, bank ötən il ərzində beynəlxalq kreditorlardan 51 milyon manat həcmində vəsait cəlb edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-u bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Bizi sosial şəbəkələrdən izləyin!!