Azərbaycan avropalı investorlar üçün cəlbedici bazardır.
Bunu bu gün Bakıda keçirilən Azərbaycan Çevik Texniki Yardım Aləti AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli deyib.
O bildirib ki, ötən il Avropa İttifaqının Azərbaycanın xarici ticarətində payı 25 mlrd. dollara yaxın olub. Bu ilin yanvar-aprel aylarında isə bu rəqəm 5,3 mlrd. dollar təşkil edib.
"2013-2023-cü illərdə Avropa İttifaqının Azərbaycana investisiyalarının həcmi 25 mlrd. dollara çatıb" - nazirin müşaviri əlavə edib.
apa
Bizi sosial şəbəkələrdən izləyin!!